Sabunçu rayonunda evlərdən oğurluq edən keçmiş məhkum tutulub

Sabunçu rayonunda evlərdən oğurluq edən keçmiş məhkum tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, müxtəlif vaxtlarda rayon ərazisindəki iki evdən pul, qızıl-zinət əşyaları, təmir-tikinti alətləri və naqil, bir torpaq sahəsindən isə min manat dəyərində darvaza oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Quliyev rayon polis idarəsinin 15-ci polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən təhqiqat davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Əməkdaşlıq barədə iki dövlət arasında razılaşmalar var” –

Sonrakı məqalə

Laçın sakinlərinin bank kartlarından pullarını mənimsəyən şəxslər tutulub