Salyanda kanal düşən avtomobilin sürücüsünün kimliyi müəyyənləşib.
APA-nın yerli bürosu xəbər verir ki, Bakı sakini, 1963-cü il təvəllüdlü Əhmədov Qalib Əkbər oğlu idarə etdiyi furqon tipli “Moskviç-412” markalı avtomobili kanala aşırıb. Nəticədə sürücü və sərnişini, Biləsuvar rayon sakini olan qadın suda boğularaq ölüblər.