Şamaxıda dağılan yol bərpa edilib –FOTO

Şamaxı rayonunda Çuxuryud-Sis-Qaleybuğurd-Keçməddin-Qaladərəsi avtomobil yolunda bərpa işləri görülüb.

Yerli büronun xəbərinə görə, bu gün dağılmış avtomobil yolunda yolda baş verən sürüşmə nəticəsində yaranan təhlükəli vəziyyətlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mütəxəssisləri əraziyə baxış keçirib, qiymətləndirmə işləri aparılıb.

Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 19 saylı yol idarəsinin canlı qüvvəsi və texnikaları cəlb edilib. Yolun dağılmış hissələrində bərkitmə işləri görülüb, sonra asfalt örtüyü vurulub.

Qeyd edək ki, bu gün Şamaxı rayonunda Çuxuryurd-Sis-Qaleybuğurd-Keçməddin-Qaladərəsi avtomobil yolunda uçqun tipli torpaq sürüşməsi baş verib. Rayon mərkəzindən 22 km aralı məsafədə yerləşən bu yolda baş verən sürüşmə nəticəsində təhlükəli vəziyyət yaranıb. 2020-ci ilin əvvəllərində yenidən qurularaq istifadəyə verilən və uzunluğu 16 kilometr olan Çuxuryurd-Sis-Qaleybuğurd-Keçməddin-Qaladərəsi avtomobil yolunun bir neçə hissəsi dağılıb, asfalt örtüyündə çökmələr və yolun ortasında iri çatlar əmələ gəlib.

Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib ki, bu zona Basqali-Pirəküşkül örtük kompleksi strukturu üzərindədir. Bu kompleksin süxurları dayanıqlı olmadığı üçün mövsümdən asılı olaraq zaman-zaman lokal sahələrdə belə hallar baş verir. Mövsümi xarakterli atmosfer çöküntülərinin artması ilə əlaqədar orada bəzi kiçik sahələrdə uçma prosesi olur. Yolun kənarında 3 metr hündürlüyündə, 10 metr uzunluğunda uçma prosesi baş verib. Bu, 9-10 metrlik yolun kənarında klassik uçma prosesidir. Ağsu, İsmayıllı, Şamaxıda belə proseslər tez-tez baş verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Sonrakı məqalə

Xaçmazda oğul anasına balta ilə xəsarət yetirib