Şamaxıda idman müəllimi Avropa çempionunu öldürüb- TƏFƏRRÜAT (FOTO)

Şamaxıda törədilən qətlin təfərrüatları məlum olub. 

APA-nın yerli bürosunun məlumatına görə, “Yeddi Gümbəz” qəbiristanlığında Şamaxı şəhər sakini, 1991-ci il təvəllüdlü Orxan Hacıyev aralarında yaranmış mübahisə zamanı mətbəx bıçağı ilə həmyerlisi, 1995-ci il təvəllüdlü Ruslan Surxayevi bıçaqlayıb. Beş bıçaq xəsarəti almış Ruslan Surxayev hadisə yerində ölüb.

Qeyd edək ki, Orxan Hacıyev Şamaxı Humanitar Kollecinin “Fiziki tərbiyə müəllimliyi” ixtisası üzrə II kurs tələbəsidir. O, 5-9 dekabr 2019-cu il tarixdə Bakıda keçirilən Budo Dünya Kuboku çempionatında ikinci yeri tutub. Orxan Şamaxıda idman müəllimi işləyir. Dünyasını dəyişən Ruslan Surxayev isə güləş üzrə Avropa çempionu və dünya çempionatının gümüş medalçısı olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Avropa Şurası ilə münasibətlər qurarkən milli maraqlar çərçivəsində ciddi düşünməliyik”

Sonrakı məqalə

“Ölkəmizlə nəqliyyat əlaqələrinin kəsilməsi yolverilməzdir”