“Sanksiyalara baxmayaraq, büdcə gəlirləri artıb”- Rusiya Baş naziri

“Sanksiyalar Rusiyanın maliyyə sisteminin dayanıqlılığını pozmayıb və makroiqtisadi sabitliyə təsir etməyib”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Baş naziri Mixail Mişustin hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, yanvar-sentyabr ayları üzrə büdcə gəlirləri ötən ilin göstəricisini 10 faiz ötüb: “Bu ilin doqquz  ayı ərzində büdcə gəlirləri təxminən 20 trilyon rubl təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə on faiz çoxdur”.

Baş nazir xərclərin 5,5 faiz artaraq təxminən 19,5 trilyon rubla çatdığını da deyib.

“Xarici borcun həcmi 25 faizdən çox azalıb ki, bu da xarici kapitaldan asılılığı azaldıb. Prezidentin qərarları sayəsində hadisələrin neqativ ssenarilər üzrə inkişafının qarşısını almaq mümkün oldu. Həyata keçirilən sistemli tədbirlər iqtisadiyyatda vəziyyəti sabitləşdirməyə, müəssisələrin və bütün sənaye sahələrinin fəaliyyətini dəstəkləməyə imkan verdi”, – hökumət başçısı qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanda daha 43 nəfər COVID-19-a yoluxub

Sonrakı məqalə

Çar 2-ci Nikolay, Lenin və Stalin ayda nə qədər maaş alıb? –