“Sanksiyaları yarmaq üçün Rusiyaya kömək edənlərə qarşı tədbir görəcəyik”- Avropalı komissar

Avropa İttifaqı Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı növbəti sanksiyalar paketi hazırlayır.

Azpost.info xəbər verir ki, bu barədə Avropanın maliyyə məsələləri üzrə komissarı Meyrid Makqinnes bildirib.

O qeyd edib ki, Brüssel fiziki şəxslərin və müəssisələrin mövcud sanksiyalardan yayınmasını çətinləşdirmək üçün artıq qüvvədə olan məhdudiyyətlərin effektiv tətbiqini təmin etməyə çalışacaq.

“Bizdə olan məlumata görə, sanksiyalar işləyir: Rusiya hərbi maşınını modernləşdirmək üçün həm maliyyədən, həm də texnologiyadan məhrumdur və onun döyüş meydanında problemləri var. Biz daha çox işlər görəcəyik”, – Makqinnes bildirib.

Onun fikrincə, məhdudiyyətlər nə qədər dərin olarsa, bir o qədər təsirli olar: “Rusiya dünyadakı dostları ilə bizim sanksiyalardan yan keçmək üçün səylər göstərir. Bu səyləri diqqətə almalıyıq. Qanunları pozan insanlar və təşkilatlarla bağlı tədbir görəcəyik. Aİ məhdudiyyətlərin effektiv şəkildə həyata keçirilməsini təmin etmək və Rusiyanın onlardan yayınma səyləri haqqında kəşfiyyat məlumatı toplamaq üçün ABŞ, Böyük Britaniya, Kanada, Yaponiya və digər müttəfiqləri ilə işləyir”.

Azpost.info

Əvvəlki məqalə

Prezident Audiovizual Şuraya üzvlər təyin etdi

Sonrakı məqalə

Prezident mədəniyyət naziri təyin etdi –