Avropa İttifaqı (Aİ) Moldovanı əlavə hərbi texnika ilə təmin edəcək.
Azpost.info xəbər verir ki, bu barədə Moldovaya bugünkü səfəri zamanı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bildirib. “Biz Moldovaya dayanıqlığını gücləndirməkdə və Rusiyanın Ukraynaya təcavüzünün nəticələrinin öhdəsindən gəlməkdə kömək edəcəyik. Ötən il biz Avropa İttifaqının sülhə dəstək mexanizmi vasitəsilə ordunun tibbi və daxili ehtiyacları üçün 7 milyon avro dəstəyini elan etmişdik. Bu il Moldovanın silahlı qüvvələrini əlavə hərbi texnika ilə təmin etməklə ona dəstəyimizi əhəmiyyətli dərəcədə artırmağı planlaşdırırıq”, – Mişel Moldova prezidenti Maya Sandu ilə Kişinyovda keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Aİ Moldovaya dezinformasiya və kiberhücumlarla mübarizədə də yardım edəcək.
Azpost.info