“Suriyada İsrail agentlərinin yerləşdirdiyi bombanın partlaması nəticəsində SEPAH-ın Aerokosmik Qüvvələri komandanlığının (İran Silahlı Qüvvələrinin elit bölmələri) yüksək rütbəli nümayəndəsi həlak olub”.
Azpost.info xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi SEPAH-ın ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumat yayıb.
Məlumata görə, polkovnik Davud Cəfəri ötən gün səhər Dəməşq yaxınlığında yol kənarında bombanın partlaması nəticəsində dünyasını dəyişib.
Azpost.info