Serbiya prezidenti Aleksandr Vuçiç təcili xəstəxanaya yerləşdirilib.
Azpost.info xəbər verir ki, bu barədə “Politika” yazıb.
Dövlət başçısının xəstəxanada olmasının səbəbi hələlik açıqlanmır.
Serbiya liderinin xəstəxanaya yerləşdirildiyini B92 xəbər portalı da adı açıqlanmayan mənbəyə istinadən yazıb. Xəbərdə Vuçiçin səhhəti ilə bağlı ətraflı məlumat verilməyib.
Serbiya Milli Assambleyasının vitse-spikeri Sandra Boziç sosial şəbəkələrdə Vuçiçə dəstək mesajı dərc edib: “Prezident Vuçiçə tam dəstək! Serbiya naminə yaşadığını, nəfəs aldığını bilirik!”.
Dörd il əvvəl də Vuçiç xəstəxanaya yerləşdirilmişdi. Həmin vaxt bunun ürək-damar problemi ilə bağlı olduğu bildirilmişdi.
Azpost.info