“Serbiyadan Rusiya ilə Aİ arasında seçim etmək tələb olunur”- “Die Welt”

Almaniya hökuməti Serbiya prezidenti Aleksandar Vuçiçi Avropa İttifaqına (Aİ) daxil olmaq və ya Rusiya ilə yaxşı münasibətləri saxlamaq arasında son seçimi etməyə çağırıb.

Azpost.info xəbər verir ki, bu barədə “Die Welt” məlumat yayıb.

Almaniya hökumətindəki mənbə Belqradın Rusiyanın Ukraynadakı hərbi əməliyyatına münasibəti kontekstində deyib: “Serbiyanın qərar qəbul etməsi zərurəti geosiyasi hadisələrə görə daha da kəskinləşir. İndi Berlində Serbiyanın Rusiya ilə iqtisadi əməkdaşlığı davam etdirməsindən təəccüblənir və məyus olurlar. Çünki Avropa İttifaqına üzv olmaq üçün namizəd olan ölkə anti-Rusiya sanksiyalarını dəstəkləməlidir. Eyni zamanda, Vuçiç Avropaya inteqrasiya istiqamətində kursunu davam etdirərsə, Berlin ona kömək etməyə hazırdır. Əgər o, fərqli seçim edərsə, o zaman Serbiya uyğun nəticələr gözləməlidir”.

Qeyd edək ki, Serbiya hələ də Rusiya əleyhinə məhdudiyyətlər tətbiq etməyən yeganə Aİ namizədi olaraq qalır.

Azpost.info

Əvvəlki məqalə

Tanınmış jurnalist İlhamiyyə Rza vəzifəyə təyin olunub 

Sonrakı məqalə

Mətbuat xidmətlərinin rəhbərləri üçün master-klass təşkil edilib –