Sevastopol qubernatoru Mixail Razvojaev vətəndaşlara ikinci raket zərbəsi təhlükəsi barədə xəbərdarlıq edib.
Azpost.info xəbər verir ki, o, sakinləri evlərinə sığınmağa və pəncərələrə yaxınlaşmamağa çağırıb.
“Pəncərələri sıx bağlayın və onlara yaxınlaşmayın. Pəncərədən xeyli məsafədə, daşıyıcı divarın yanında döşəmədə oturun. Daşıyıcı divarları olan otağa sığının”, – qubernator öz “Teleqram” kanalında yazıb.
Azpost.info