Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfərə yola düşüb.

QMİ-nin mətbuat xidmətindən  APA-ya verilən xəbərə görə, səfər Səudiyyə Ərəbistanı tərəfinin dəvəti əsasında həyata keçirilir.

Səudiyyə Ərəbistanı Kralının müşaviri Səəd bin Naser Əl-Şesrinin dəvəti ilə gerçəkləşən səfər çərçivəsində QMİ sədri A. Paşazadə İslam Aləmi Liqasının Baş Katibi, Kəbənin imamı, Məscidül-Həramın işlər rəisinin müavini ilə görüşəcək.

Sentyabrın 4-nə qədər davam edəcək səfərin proqramına Ümrə ziyarəti, Məkkə, Mədinə, Taif şəhərlərində bir sıra görüşlər, həmçinin, Kəbənin örtüyünün hazırlandığı fabriki, Kəbə saatı muzeyini ziyarət, krallıqda həyata keçirilən bir sıra layihələrlə tanışlıq daxildir.   

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ekspert İlham Şaban: “Dövlət bu addımla qiymət artımının qarşısını almaq istəyir”

Sonrakı məqalə

Avropa  Azərbaycandan qida idxalına niyə qadağa qoyub?