“Si Cinpin gələn ilin yazında Rusiyaya səfər edəcək”- Səfirdən açıqlama

“2023-cü ildə Çin sədri Si Cinpinin Rusiyaya rəsmi səfəri baş tuta bilər”.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın Pekindəki səfiri İqor Morqulov bildirib.

Onun sözlərinə görə, Çin liderinin səfəri Rusiya prezidenti Vladimir Putinin bu ilin fevralında Çində keçiriləcək Olimpiadaya səfərinə cavab olacaq.

“Prioritet qaydasında gələn il Çin sədrinin Rusiyaya dövlət səfəri təşkil edilməlidir. Bu, çox güman ki, yazın əvvəlində Çin parlamentinin iclasları başa çatdıqdan sonra baş tutacaq”, – səfir deyib.

Morqulov qeyd edib ki, Si Cinpin və Putinin qarşılıqlı əlaqələri iki dövlət arasında münasibətlərin əsas hərəkətverici qüvvəsidir: “Burada mühüm amil liderlərin əməkdaşlığın inkişaf etdirilməsinə diqqətlə yanaşmasıdır. Onlar arasında formalaşmış şəxsi etimad və dostluq münasibətləri də xüsusi əhəmiyyət kəsb edir”.

Azpost.info

Əvvəlki məqalə

Qələbə Bayrağımız 2020-ci ildə Xudafərinə belə sancıldı –

Sonrakı məqalə

Mehriban Əliyeva Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib