“Silah istədik, cavabında hekayələr eşitdik” –Ukraynadan Almaniyaya sərt etiraz

“Sizdən silah istədik, cavab olaraq “tarixi məsuliyyət” haqqında hekayələr eşitdik. “Şimal axını 2”-ni inşa etməməyi xahiş etdik, amma siz bunun sırf kommersiya layihəsi olduğunu dediniz. Xəbərdarlıq etmişdik ki, Putin dünyanın 80 ildir görmədiyi miqyasda bir şərdir. Keçmişin səhvlərini təkrarlamamağı və onu fəlakətdən əvvəl dayandırmağı xahiş etmişdik. Siz bizə inanmadınız və Putinlə dialoqun vacibliyində israrlı oldunuz”.

Azpost.info xəbər verir ki, bu fikirlər Urayna xarici işlər naziri Dmitri Kulebanın Almaniya hökumətinə müraciətindəndir.  Kuleba Almaniyanı Ukraynaya daha çox silah verməyə çağırıb və qərarı gecikdirdiyinə görə Berlini sərt tənqid edib: “Ukraynanın köməyə ehtiyacı var. Bizə daha çox silah verin ki, özümüzü müdafiə edək. Səmamızı qoruyaq, onu döyüş təyyarələri ilə təmin edək. Tank, raket əleyhinə ciddi silahlara ehtiyac var. Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirin. Məsələn, Rusiyanın enerji daşıyıcılarından imtina, “Sberbank”ın SWIFT-dən ayrılması, Rusiya banklarının və şirkətlərinin müxbir hesablarının dondurulması, Rusiya gəmilərinin Avropa limanlarına girişinə qadağa və s.”, – Kuleba yazıb.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İsrail Prezidenti Türkiyəyə yola düşüb

Sonrakı məqalə

Azərbaycan banklarının kartları Rusiyada işləməyəcək