Şimali Koreya hakerləri 2 milyardlıq kriptovalyuta oğurlayıblar– Bu ölkələrdən

2017-ci ildən bəri Şimali Koreyadan olan cinayətkar qruplar Yaponiyada açılmış hesablardan təxminən 720 milyon dollar məbləğində kriptovalyuta oğurlayıblar.

Azpost.info xəbər verir ki, bu barədə Yaponiyanın “Nikkei” nəşri yazıb.

Məlumata görə, bu məbləğ beynəlxalq bazarda KXDR-li hakerlər tərəfindən oğurlanmış kriptoaktivlərin 30 faizini təşkil edir. Bundan başqa, Vyetnam vətəndaşlarından təxminən 540 milyon dollar, ABŞ vətəndaşlarından isə daha 497 milyon dollar kriptovalyuta oğurlanıb.

Nəşrin məlumatına görə, Yaponiya ölkədə rəqəmsal valyutaların populyarlığının artması və yerli şirkətlərin kompüter sistemlərinin zəifliyi səbəbindən bu siyahıya başçılıq edir.

“Şimali Koreya hakimiyyəti sanksiyalardan yan keçərək kriptovalyutaların ələ keçirilməsindən ölkə büdcəsini doldurmaq vasitəsi kimi istifadə edə bilər. Pxenyanın əldə etdiyi gəliri öz raket proqramını maliyyələşdirmək üçün də istifadə etməsi də mümkündür”, – nəşr qeyd edir.

Azpost.info

Əvvəlki məqalə

Milyarder Soros ölməyib, sağdır

Sonrakı məqalə

Yalnız ərəb liderlərinə verilən hədiyyə Prezidentə təqdim olunub