Şimali Koreyada COVİD-lə mübarizəyə ordu cəlb olunub –Yoluxanların sayı milyonu keçdi

Ötən həftə yeni növ koronavirusa ilk yoluxmanın rəsmən qeydə alındığı Şimali Koreyada epidemioloji vəziyyət ağırlaşır.

Rəsmi Pxenyanın qızdırma kimi qələmə verdiyi xəstəliyə 1 milyondan çox adam yoluxub. Azı 50 nəfərin öldüyü bildirilir.

Ölkə lideri Kim Çen In pandemiya ilə mübarizə üçün ordunu köməyə çağırıb. Siyasi büronun iclasında dövlət başçısı tibbi resursların vaxtında bölüşdürülməməsində səhiyyə rəsmilərini təqsirləndirib. Digər tərəfdən, məhdud testgötürmə imkanları ilə əlaqədar Covid-19-a yoluxanlarının sayının daha yüksək olduğu istisna edilmir.

Cənubi Koreya prezidenti Yun Sok-Yol pandemiya ilə mübarizədə Pxenyana yardım etməyə hazır olduqlarını açıqlayıb. O, Şimali Koreya razılıq verərsə bu ölkəyə dərman vasitələri, avadanlıqlar və tibb işçiləri göndərə biləcəklərini diqqətə çatdırıb.

Qeyd edək ki, Şimali Koreyada indiyədək koronavirus əleyhinə vaksinasiya həyata keçirilməyib. (APA)

Əvvəlki məqalə

Tacikistanda kütləvi iğtişaş baş verib –

Sonrakı məqalə

Valyutaların bu günə olan məzənnələri