Siyasi partiyalara ayrılan pul 1 milyon manat artırıldı

05 Noyabr 2021 - 12:53

Gələn il Milli Məclisinin deputatların təmsil olunduğu siyasi partiyaların maliyyələşməsinə ayrılan vəsaitin məbləği müəyyənləşib. 

Layihədə qeyd edilib ki, VI çağırış Milli Məclisin deputatlarının təmsil olduğu siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün 5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Bu da ötən illə müqayisədə 1 milyon manat və ya 25 faiz çoxdur.