Slovakiya və Çexiya liderləri Kiyevə gəliblər- FOTO

Slovakiya və Çexiya liderləri Zuzana Çaputova və Petr Pavel Kiyevə gəliblər.

Azpost.info xəbər verir ki, onların Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşü planlaşdırılır.

Səfərin əvvəlində Çexiya və Slovakiya prezidentləri ötən ilin yazında Rusiyanın hərbi cinayətlərinin simvoluna çevrilmiş Borodianka və Buça şəhərlərinə səfər edəcəklər.

“Çexiya prezidenti ilə Ukraynaya birgə səfər Slovakiya və Çexiya dövlət başçıları arasında münasibətlərin yeni dövrünü təsdiqləyir. Bu, bizim xaricə ilk birgə səfərimizdir və onun Ukraynaya olmasına şadam. Bizim siqnalımız aydındır: bizi Ukrayna ilə təkcə sərhəd və ortaq keçmiş deyil, həm də ortaq gələcək bağlayır. Məni ömürlük heyrətə gətirən son səfərdən bir il keçməmiş Kiyevə qayıdıram”, – Çaputova deyib.

Slovakiya prezidenti bu gecə Rusiyanın Ukraynaya hücumuna da münasibət bildirib: “Bu gün Ukraynanın bəzi şəhərlərinə, o cümlədən Dnepr və ya Umana edilən və günahsız mülki insanların həlak olduğu utancverici hücumlar bizə xatırladır ki, gözümüzü başqa yerə çevirə bilmərik”.

Azpost.info

Əvvəlki məqalə

Polis gücləndirilmiş rejimdə xidmət edir

Sonrakı məqalə

Qubada 17 yaşlı qız doğuşa getdi, həkimlər polisə məlumat verdilər