SOCAR-ın Gorus yolunda tikdiyi yanacaqdoldurma məntəqəsi –VİDEO

SOCAR Azərbaycan ərazisindən keçən Gorus-Qafan yolunda yanacaqdoldurma məntəqəsinin tikintisini yekunlaşdırır.

Yanacaqdoldurma məntəqəsinin yerləşdiyi yoldan İran və Ermənistan avtomobilləri istifadə edir. Bu, həm İran, həm də, Ermənistan avtomobillərinə bu məntəqədən yanacaq doldurmaq imkanı yaradacaq.

SOCAR-ın Gorus-Qafan yolunda yeni yanacaqdoldurma məntəqəsi açması və burada qiymətin aşağı olması, üstəlik Gorus-Qafan yolunun alternativ yoldan müqayisəedilməz dərəcədə rahatlığı Ermənistan vətəndaşlarının bu yoldan və SOCAR-ın yanacaq məntəqəsindən istifadəsini stimullaşdıracaq.(Türküstan.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

DİN sahə rəisi vəzifələrinə işə qəbulla bağlı müsabiqə elan edib –

Sonrakı məqalə

Türkiyənin XİN rəhbəri Ceyhun Bayramovla görüşüb