“Soçi görüşü göstərdi ki, Rusiyanın Azərbaycana təsiri azalır” –Erməni politoloqu Danielyan

“Soçi görüşü göstərdi ki, Rusiyanın Azərbaycana və Türkiyəyə təsiri azalır.”

Azpost.info bildirir ki, bu sözləri erməni politoloq Stepan Danielyan “nyus.am”-a açıqlamasında deyib.

Ekspert bunu Ukraynada baş verənlərlərə əlaqələndirib.

Danielyan deyib ki, Azərbaycanın yeganə güzəşti rus ordusunun Qarabağda mövcudluğu ilə bağlı olub, bu məsələdə də bu qüvvələrin orada qalma vaxtıın müddəti aydın deyil: “Moskva göstərir ki, o artıq əsas vasitəçi deyil və postsovet ölkələrinə öz iradəsini diqtə edə bilmir. İndi əsas məsələ Qərbin nə təklif edəcəyidir”-deyə Danielyan bildirib.

Politoloqun sözlərinə görə, Rusiyanın əsas niyyəti ordusunun Cənubi Qafqazda -Qarabağda və Ermənistanda qalmasıdır. “Cənubi Qafqaz Moskva üçün Şimali Qafqaz və Orta Asiya baxımından çox mühüm regiondur. Bu regionda İran da Türkiyə və Rusiya ilə yanaşı əsas oyunçulardan birinə çevrilib. Tehran Moskvanın rolunun zəiflədiyi bir məqamda bu vakkumu doldurmağa çalışır“-deyə politoloq Paşinyanın Soçidən sonra dərhal İrana səfərini bu səbəbdən baş tutudğunu vurğulayıb.

“Qərb Türkiyəni və Azərbaycanı dəstəkləyir, bununla Orta Asiyaya qədər olan məkanda özünün iqtisadi və geopolitik hədəflərini reallaşdırmağa çalışır”-deyə Danieliyan bildirib.

 

Əvvəlki məqalə

“Taxıl dəhlizinin fəaliyyəti tam normallaşdırılıb”

Sonrakı məqalə

Şəhidlərin ailə üzvləri üçün yeni güzəştlər müəyyənləşir