Soçidə sülhməramlıların mandatı məsələsi müzakirə olunub –Putin açıqladı

“Qarabağdakı sülhməramlı qüvvələrin mandatının uzadılması məsələsi Soçi görüşündə müzakirə olundu”.

Azpost.info bildirir ki, bu barədə Rusiya prezidenti Putin görüşün nəticələri ilə bağlı açıqlamasında bildirib.

“Biz bu barədə danışıdıq. Bu digər başqa məsələlərdən asılı olacaq. Mümkün sülh sazişindən, delimitasiya və demarkasiyadan…Əgər bu məsələlər həll olunsa o zaman sülhməramlılarla bağlı məsələ baş cür qoyulacaq. Əgər həll olunmasa, yaxud hansısa həcmdə həll olunsa o zaman bizim sülhməramlı kontingentin taleyi bundan asılı olacaq. Bütün hallarda hər iki tərəf Rusiyanın orada apardığı işə görə təşəkkür edib”-deyə Putin vurğulayıb.

 

Əvvəlki məqalə

Prezidentin Soçi səfəri başa çatıb

Sonrakı məqalə

“Bakı və İrəvan arasında sülh sazişi hələlik yoxdur” –