“Qarabağda söhbət Bakının öz ərazisindəki hərəkətlərindən gedir”- Kreml Ermənistanın ittihamlarına cavab verdi

“De-yure Qarabağda söhbət Bakının öz ərazisindəki hərəkətlərindən gedir”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Qarabağdakı vəziyyəti şərh edərkən deyib.

Rusiya sülhməramlılarını hərəkətsizliyə və 2020-ci il müqavilələrini yerinə yetirmədiklərinə görə qınayan Ermənistan Təhlükəsizlik Şurası rəhbərinin bəyanatlarına gəlincə, Peskov bildirib ki, Moskva özünə qarşı belə qınaqları qəbul etmir: “Xüsusən də Ermənistan tərəfinin Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıması ilə bağlı rəsmi qərarından sonra bizə qarşı belə qınaqları qəbul etmirik. Çünki de-yure söhbət Azərbaycanın öz ərazisindəki hərəkətlərindən gedir”.

“Bunlar əsassız ittihamlardır”, – deyən Peskov əlavə edib ki, Rusiya Ermənistan və Azərbaycanla təmasları davam etdirir.

Azpost.info

Əvvəlki məqalə

Qarabağdakı separatçılar təslim olub

Sonrakı məqalə

90-dan artıq döyüş və strateji əhəmiyyətli mövqeləri nəzarətə götürülüb –