“Şolts Makronun Çinə birlikdə getmək təklifini rədd edib”- “Reuters”

“Almaniya kansleri Olaf Şolts Fransa prezidenti Emmanuel Makronun Çinə birlikdə səfər etmək təklifini qəbul etməyib”.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, Makron Şoltsa Avropa İttifaqının birliyinə dair mesaj vermək üçün birlikdə səfər etməyi təklif edib. Lakin kansler bu təklifi rədd edib.

Kanslerin Çinə səfəri Almaniya hökumətinin Çin dövlət şirkətinə Hamburq liman terminalında pay almağa icazə verməsindən sonra baş tutub. Jenmin Universitetinin Avropa Araşdırmaları Mərkəzinin direktoru Van İvey qeyd edib ki, bu səfər uğurlu olarsa, Makron bir aydan sonra Çinə səfər edəcək.

Azpost.info

 

Əvvəlki məqalə

“Göyçayda 14 yaşlı qızı ərə verirlər, sabah toydur” –

Sonrakı məqalə

Prezident zeytun emalı zavodunun açılışında iştirak edib