Son bir ildə neçə min rusiyalı Avropa İttifaqından sığınacaq istəyib?- RƏQƏMLƏR

2022-ci ildə 17 minə yaxın rusiyalı Avropa İttifaqından (Aİ) sığınacaq istəyib ki, bu da 2021-ci illə müqayisədə iki dəfə çoxdur.

Azpost.info xəbər verir ki, bu barədə Aİ-nin Miqrasiya Agentliyi məlumat yayıb.

“Ötən il 16 920 rusiyalı sığınacaq üçün müraciət edib. Onlardan 13,6 mindən çoxu ilkin, 3,3 mini təkrar müraciət olub. 2021-ci ildə ümumilikdə 6993 ərizə təqdim edilib ki, onlardan 4357-si əsas müraciət olub”, – məlumatda deyilir.

O da qeyd olunur ki, Rusiyanın Ukraynaya təcavüzü başlayandan sonra ruslar kütləvi şəkildə ölkəni tərk etməyə başlayıblar. Qismən səfərbərlik elan edildikdən sonra ölkədən gedənlərin sayı daha da artıb. Rusiya vətəndaşları Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Aİ ölkələrinə üz tutublar.

Azpost.info

Əvvəlki məqalə

“ABŞ Kiyevə 10 milyard dollar əlavə iqtisadi yardım ayıracaq”

Sonrakı məqalə

MTN generalı Ali Məhkəməyə müraciət edib