Şoyqu hərbi əməliyyat zonasına gedib

Rusiyanın müdafiə naziri Sergey Şoyqu hərbi əməliyyat zonasına gedib.

Azpost.info xəbər verir ki, o, Zaporojye istiqamətində “Vostok” qoşunlar qrupunun birləşmələrinin komanda məntəqəsinə baxış keçirib.

Şoyqu qrup komandiri ilə müşavirə keçirərək inteqrasiya olunmuş kəşfiyyatın fəal aparılmasının davam etdirilməsi vəzifəsini qoyub. O, həmçinin qoşunların hərtərəfli təminatının təşkilinə xüsusi diqqət yetirib.

Şoyqu komandirin və qərargah zabitlərinin məruzələrini dinləyib, həmçinin hərbi qulluqçulara “İgidliyə görə”, “Müqəddəs Georgi Xaçı” ordenləri və “Cəsarət üçün” medallarını təqdim edib.

Rusiya müdafiə naziri hərbçilərə fədakarlıq və qəhrəmanlıqlarına görə təşəkkür edib.

Azpost.info

Əvvəlki məqalə

Lavrov-Mirzoyan görüşü başladı

Sonrakı məqalə

Son 4 ildə ilk dəfə Moskvadan Tbilisiyə birbaşa uçuş baş tutub