Şoyqu ilə Akar arasında telefon söhbəti olub- Nazirlər nələri müzakirə ediblər?

Rusiya müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akarla “taxıl sazişi”ni müzakirə edib.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı nazirlər Suriyadakı vəziyyət ətrafında da fikir mübadiləsi aparıblar.

“Danışıqlar zamanı Suriyanın şimalındakı mövcud vəziyyət, həmçinin “taxıl sazişi”nin həyata keçirilməsinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib”, – məlumatda deyilir.

Telefon söhbəti Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

Azpost.info

Əvvəlki məqalə

Tanınmış jurnalist Səbuhi Məmmədli əməliyyat olunub

Sonrakı məqalə

“İtkin düşməmişəm, ərə getmişəm…” –