Rusiya İran, Suriya və Türkiyə müdafiə nazirləri Moskvada görüşdü –DETALLAR

Rusiya, İran, Suriya və Türkiyə müdafiə nazirləri Moskvada dördtərəfli danışıqlar aparıblar.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildiriblər.

Görüşdə Suriya-Türkiyə münasibətlərinin normallaşdırılması, həmçinin terror təhdidlərinə qarşı və Suriya ərazisində ekstremist qruplarla mübarizə məsələləri müzakirə edilib.

Nazirlər dialoqun konstruktiv xarakterini və regionda vəziyyətin sabitləşdirilməsi maraqları naminə davam etdirilməsinin zəruriliyini vurğulayıblar.

“Danışıqlardan sonra tərəflər Suriyanın ərazi bütövlüyünü qorumaq istəklərini, eləcə də suriyalı qaçqınların vətənlərinə tezliklə qayıtması üçün səylərin gücləndirilməsinin zəruriliyini təsdiqləyiblər”, – Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Rusiya müdafiə naziri Sergey Şoyqu Rusiya paytaxtına gələn üç əcnəbi həmkarı ilə ayrı-ayrılıqda danışıqlar aparıb. Görüşlərdə ikitərəfli əməkdaşlıq məsələləri, qlobal və regional təhlükəsizliyin müxtəlif aspektləri müzakirə olunub.

Azpost.info

Əvvəlki məqalə

İsveç Rusiyanın 5 diplomatını ölkədən qovur

Sonrakı məqalə

Prezident İlham Əliyev Bolqarıstandan qayıtdı