S&P: Azərbaycanda neft hasilatı artacaq

Azərbaycanda bu il gündəlik ortalama neft hasilatının 2022-ci ildə 0,77 barelədək yüksələcək.

“Buna baxmayaraq, orta müddətli perspektivdə biz gündəlik neft hasilatının 2025-ci il üçün 0,75 min barelədək azalacağını proqnozlaşdırırıq. Hasilatın saxlanılması və ya artırılması mövcud neft yataqlarına əlavə sərmayələr tələb edəcək, lakin onların edilib-edilməyəcəyi hələ ki bəlli deyil”, – proqnozda bildirilir.

Hesabatda qeyd olunur ki, Azərbaycan iqtisadiyyatı əhəmiyyətli dərəcədə neft-qaz sektorundan asılıdır və bu sektor hazırda əlverişli qlobal neft qiymətlərindən bəhrələnir. Neft və qaz ixracın təxminən 90%-ni əhatə edir və Azərbaycanın ÜDM-nin 50%-ni təşkil edir.

Xatırladaq ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) sonuncu hesabatına əsasən, 2021-ci ildə Azərbaycanda maye karbohidrogenlərin (neft və qaz kondensatı) hasilatı 740 min barel səviyyəsində olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Arnold Şvartsneqerin olduğu avtomobil qəzaya uğrayıb

Sonrakı məqalə

Bakıda maşın qaçıran şəxs aeroportda tutulub