Spiker:

“Milli Məclisin iclaslarının onlayn keçirilməsi üçün texniki ləvazimatlar lazımdır”
30 Mart 2020 - 12:43

“Milli Məclisin iclaslarının onlayn keçirilməsi üçün texniki ləvazimatlar lazımdır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, onlayn iclasın keçirilməsində müəyyən çətinliklər olacağı üçün iclasın əvvəlində bu məsələləri xüsusi səsləndirib: “Hazırda texniki təchizatın aparılması üçün iş aparılır”.