“SSRİ-ni bərpa etmək mümkün deyil” –

Kreml ABŞ-a cavab verdi
08 Dekabr 2021 - 15:25

“SSRİ-ni yenidən bərpa etmək mümkün deyil”.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“ABŞ dövlət katibinin müavini Viktoriya Nuland yaxşı başa düşür ki, SSRİ-ni yenidən bərpa etmək mümkün deyil”, – deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, V. Nuland ABŞ hakimiyyətinin Rusiya Prezidenti Vladimir Putinin Sovet İttifaqını yenidən bərpa etmək səylərindən qorxduğunu açıqlayıb.