SSRİ-nin “video era”sının kino qəhrəmanları –Brüs Li ilə döyüşən məşhur zalım /FOTOXRONİKA

Azpost.info “FOTOXRONİKA” layihəsində maraqlı şəkilləri təqdim edir. 

Layihə çərçivəsində tarixi, yaddaşlarda iz qoymuş fotolar ötən dövrə ayna tutur.

SSRİ-nin “videomaqnitafon era”sının nəsli bu qəhrəmanları yaxşı xatırlayır yəqin. O zaman dəbdə olan əlbəyaxa döyüş filmləri sovet gəncləri arasında çox populyar idi. Sovet İttifaqında “dəmir pərdə”nin yumşalması ilə dünənə qədər zərərli elan edilən filmlər ölkəyə ayaq açdı.

Sizə bu fotonu təqdim edirik:
“Əjdaha adası” kult filimndə tək qollu, protezli mənfi Xana yadınızdadır? Brüs Li ilə məşhur güzgülü otaqda döyüşən zalım.

Bu həmin aktyordur.  Adı Şi Kendir. Çinin ən qocaman aktyoru olan Şi Ken 2009-cu ildə 96 yaşında ölüb.
..Və əfsanəvi Brüs Li.

Əvvəlki məqalə

Makron Putinin ziddiyyətli tərəfini açıqladı

Sonrakı məqalə

Bu qidaları soyuducuda saxlamaq olmaz