Azpost.info “Fotoxronika” rubrikasında növbəti şəkili təqdim edir.
FOTO: Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi Leonid İliç Brejnev ailə üzvləri ilə.
“Bütün baba və nənələr kimi mən də öz nəvələrimi çox istəyirəm. Çox istiqnalı və cazibədar nəvələrdir. Mənə qulaq asırlar. Ürəkdən hiss edirəm ki, nəvələr babalarını çox sevirlər. Necə deyərlər, “hamıdan yaxşı mənim nəvələrimidir”. Adətən bütün babalar belə deyirlər”.
Baş katib Leonid Brejnev Fransya rəsmi səfəri zamanı jurnalist Leon Zitrona verdiyi müsahibəsində belə demişdi.
Brejnev ailəsinin üzvlərinin taleyi ağır oldu. Qızı Qalina alkoqol düşkününə çevrildi, ruhi xəstəxanada yatdı. Əlində olan brilyantları, mənzilləri satıb sovurdu. Qalinanın qızı Viktoriya 90-cı illərdə küçələrdə qalmışdı. Böyük maddi çətinlik və borc içində yaşayıb. 2018-ci ilin yanvarında tənhalıqda vəfat edib.
Brejnevin ən sevimli nəvəsi sayılan Viktoriyanın qızı Qalina isə bomj idi. Anası ilə uzun illər danışmayıb. Sonralar jurnalistlər onu küçədən tapıb müalicə etdilər. Hazırda kilsəyə gedir, dua edir…
Sovet elitasının birinci tanınmış ailəsinin 90-cı illərdə bir qəpiyi olmayıb.
Azpost.info