“SSRİ xalqlarına çəkdirdiyimiz iztirablara görə utanıram” –Almaniyanın xarici işlər naziri

“Almaniyanın İkinci Dünya müharibəsi illərində SSRİ xalqlarına çəkdirdiyi iztirabları heç nə kompensasiya edə bilməz”.

Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Berbok Moskvaya ilk səfəri zamanı Kremlin divarları yaxınlığındakı Naməlum Əsgərin məzarına gül dəstəsi qoyduğunu söyləyib: “Almaniyanın xarici işlər naziri kimi orada olmaq məni utanc və ehtiramla doldurur. Sovet İttifaqı xalqlarına çəkdirdiyimiz iztirabları heç nə kompensasiya edə bilməz”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bağça müdirləri və pedaqoji işçilərin əmək müqaviləsinin müddəti uzadılıb

Sonrakı məqalə

Dekabr ayında gömrükdən dövlət büdcəsinə 405 milyon manat daxil olub