SSRİ xarici işlər naziri Qromıko Kremldə Brejnevin ad günündə huşunu itirir –VİDEO (XRONİKA)

SSRİ-nin sabiq rəhbəri Leonid İliç Brejnevin 1976-cı ildə keçirilmiş 70 illik yubileyi ilə bağlı Kremldəki təltif mərasimində xarici işlər naziri Andrey Qromıko huşunu itirib yerə yıxılıb. 

Azpost.info bildirir ki, bununla bağlı internetdə yerləşdirilmiş videoxronikada kadrlara baxmaq olar. 1976-cı ildə Leonid Brejnevin 70 yaşı tamam olub. Bununla bağlı Kremldə Siyasi Büronun üzvləri sovet dövlətinin rəhbərinə hədiyyə olaraq üzərində SSRİ-nin gerbi həkk edilmiş qılınc təqdim edirlər.  L.Brejnev çıxış edən zaman ondan sağ tərəfdə dayanmış və DTK sədri Yuri Andropovla danışan xarici işlər naziri Qromıko qəfildən səndələyərək yerə yıxılır. Onun yanında dayanmış DTK-nın sədri Yuri Andropov və Siyasi Büronun üzvü Şerbitski onu saxlamağa cəhd edirlər. Daha sonra Qromıkonu tələsik zaldan çıxarırlar.

Mərasim davam etsə hamı nə baş verdiyini bilmək üçün çevrilib baxır. Brejnev isə bundan xəbərsiz çıxışını davam etdirir.

SSRİ xarici işlər naziri A.Qromıkonun huşunun itirdiyi kadr 1.45-ci dəqiqədən başlanır.

Bu kadrlar yəqin ki, sovet televiziyasında göstərilməyib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident Zəfər Günü münasibətilə paylaşım edib

Sonrakı məqalə

Şuşanın işğaldan azad edildiyi gündür