“NATO Rusiyanın əleyhinə işləyir. Ona görə də Moskva NATO-nun Şərqə doğru genişlənməsinin əleyhinədir”.
Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
“Bu blok SSRİ-yə qarşı yaradılıb. İndi isə o, Rusiya Federasiyasına qarşı işləyir. Moskva NATO-nun genişlənməməsi barədə prinsipial mövqeyini bununla izah edir”, deyə Rusiya XİN başçısı vurğulayıb.