“Stalin dəhşətli dərəcədə qorxaq adam olub” –SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov

“Stalin dəhşətli dərəcədə qorxaq adam olub. O ömrüboyu qorxudan özünə yer tapa bilmirdi. Çünki nə etdiyini yaxşı bilirdi”.

Azpost.info bildirir ki, bu sözləri SSRİ-nin ilk prezidenti Mixail Qorbaçov Ukraynalı məşhur teleaparcı Dimitri Qordona verdiyi müsahibəsində Rusiyada SSRİ-nin sabiq rəhbəri İosif Stalinin yenidən təbliği cəhdlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, orta məktəbdə Stalin haqqında ən yaxşı inşanı yazan şagird olsa da sonralar fikri tam dəyişib: “Stalin haqqında ən çox bilən şəxslərdənəm. Onun bu gün yenidən təbliğ olunmasına, təmizə çıxarılmasının əleyhinəyəm. Stalin iblis xarakterli, dəhşətli dərəcədə çox qorxaq bir adam olub. O qorxudan özünə yer tapa bilmirdi. Çünki nə etdiyini bilirdi”.

M.Qorbaçov qeyd edib ki, sovet rəhbəri Nikita Xruşşovun vəzifədən götürülməsindən sonra Stalin repressiyalarının qurbanı olmuş şəxslərin reablitasiya prosesi dayandırıldı: “Mən 80-lərdə yenidən bu məsələyə qayıtmaq qərarına gəldim. Biz Siyasi Büroda reabilitasiya ilə bağlı xüsusi komissiya yaratdıq. Sənədlərlə tanış olduqca adama elə gəlirdi ki, Stalin baş verənlərdən ləzzət alırmış”.

Mixail Qorbaçov bildirib ki, vilayətlərə göndərilmiş siyahılarda 10 min adamı güllələmək barədə göstərişlər olub, sənədin 2-ci bəndində isə digərlərinin düşərglərə göndərmək əmr olunur:  “Cəmiyyəti görün nə hala saldılar?  Cəmiyyət eybəcərləşdirildi. Heç bir vaxt, heç bir halda bu qəddarlığı bağışlamaq olmaz”.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Moskvada COVID-19 diaqnozu ilə ölənlərin sayı 2600-ü keçib

Sonrakı məqalə

Bloqqer Mehman Hüseynov xərçəng xəstəliyindən müalicə olunur –