Stalini tədbirlərdə əvəz edən oxşarı kim olub?–“Rəhbər”in dostlarını Kremldə şoka salan rəqqas /FOTO

SSRİ-də və Rusiyada onilliklərlə sovet rəhbəri Stalinin oxşarı olması barədə şaiyələr gəzib. Deyilirdi ki, həmin oxşar müəyyən situasiyalarda onu əvəz edirmiş.

 Azpost.info bildirir ki, Stalinin vəfatından illər sonra həmin adam danışmağa qərar verib.

Keçmiş rəqqas və jonqlyor Feliks Dadayev Kremldə Stalinin dublyoru kimi çalışıb. “Xalqlar atası”nın vəfatından ötən 50 ildə o ölüm cəzası alacağı qorxusundan danışmayıb. Amma qoca yaşlarında danışmağa qərar verib.

2008-ci ildə, 88 yaşlı Dadayev öz tərcüməyi-halını yazıb. Orada deyilir ki, Dadayev Stalinin oxşarı olmuş 4 nəfərdən biri olub. O, Stalini kortejdə, mitinqlərdə və kinoxronika kadrlarında əvəz edib.

Feliks Dadayev Dağıstanın dağ kəndində anadan olub. Daha sonra onun ailəsi Çeçenistana, Qroznıya köçüb. Burada balet dərsləri alıb.

 

İkinci dünya müharibəsi başlayanda döyüşə gedib və 1942-ci ildə Qroznının azad edilməsi zamanı ağır yaralanıb. Ailəsinə ölüm xəbəri verilib. O, xəstəxanaya çatdırılan 7 nəfərdən sağ qalan yeganə əsgər olub.

Bu “ölüm” onun qəribə ikili həyatının başlanğıcı olub. Onun 60 yaşlı Stalinə heyrətamiz oxşarlığı sovet kəşfiyyat agentlərinin diqqətini çəkib. Kəşfiyyat bu oxşarlıqdan istifadə etməyə qərar verib. Məqsəd Stalini sui-qəsd cəhdlərindən qorumaq və bezdirici kütləvi tədbirlərdə iştirakdan canını qurtarmaq idi.

Dadayev 20 yaşında Stalindən cavan olsa da, müharibə gərginliyi və qrim onu 60 yaşlı Rəhbərə oxşadırdı.

“Biz müharibədə o qədər əzab çəkmişdik ki, yaşımdan çox böyük görünürdüm”-deyə Dadayev bildirib.

Stalinin şəxsi xahişi ilə öyrədilmiş Dadayev başında furajka, əyinində medallar olan şinel SSRİ üzrə keçirilmiş mitinqqlərdə, toplantılarda iştirak edib.

Dadayev Stalinin mimika, hərəkət və intonasiyalarını dəqiq təkrarlamaq üçün onunla bağlı filmlərə baxır, çıxışlarını dinləyirdi. Bir sıra məlumatlara görə, Dadayevlə təbliğat filmlərində Stalin rolunu oynayan aktyor Aleksey Dikiy məşq edib.

O zaman üçün Stalinin danışıq intonasiyasını ideal şəkildə imitasiya etmək o qədər də ehtiyac yox idi. Zahiri görkəmi və manerası bəs edirdi. Dadayev Stalini o qədər dəqiq imitasiya edirdi ki, hətta Rəhbərin ən yaxın adamları belə onu həqiqi Stalindən ayıra bilmirdilər.

“Makiyaj və təlimdən sonra mən tam olaraq Stalinə oxşayırdım. Təkcə qulaqlarım fərqli idi, balaca idi”.

Stalinin digər oxşarı adı “Rəşid” kimi qeyd olunan şəxs olub. Rəşid Stalinə o qədər oxşayırmış ki, ordu sıralarına gələndə onu dərhal xaric etmişdilər.

Rəşid təsdiq edirmiş ki, NKVD-də (KQB) Stalinin digər oxşarları da çalışıb. Özü onlarla heç vaxt görüşməyib.

Onun sözlərinə görə, 1940-50-ci illərdə Stalinin bağ malikanəsində yaşayan daha bir oxşarı olub.  1953-cü ildə Stalin vəfat etdikdən sonra Rəşid ucqar əyalət şəhərlərinin birinə köçüb, bığlarını qırxıb və tədricən saçları tökülüb. Hətta belə vəziyyətdə belə onun Stalinə hədsiz oxşarlığına görə, adamlar küçədə ayaq saxlayıb ona baxırdı.

Azpost.info

FOTO: Feliks DADAYEV

Əvvəlki məqalə

Finlandiya Rusiya ilə sərhəddə hasar çəkir

Sonrakı məqalə

COVID-19 virusu Çindəki labaratoriyadan sızıb –