Stoltenberqin səlahiyyət müddəti uzadıla bilər

Yens Stoltenberqin NATO Baş katibi postunda səlahiyyət müddəti uzadıla bilər.

Azpost.info xəbər verir ki, bu barədə məlumatlı mənbə bildirib.

Mənbənin sözlərinə görə, NATO-nun əsas üzvləri onun Rusiya-Ukrayna münaqişəsi ilə bağlı fəaliyyətini müsbət qiymətləndirirlər.

Stoltenberq 2014-cü ildən NATO Baş katibi postunu tutur.

Eyni zamanda, Britaniya mətbuatı diplomatik dairələrdəki mənbəyə istinadən yazıb ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin oktyabrda Stoltenberqin varisi olması təklif edilib. Digər tərəfdən də onun Komissiyadakı səlahiyyət müddəti gələn il başa çatır.

Bəzi analitiklərə görə, Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun da NATO Baş katibi olmaq şansı yüksəkdir. Consonun bu post üçün zəruri siyasi təcrübəyə malik olduğu deyilir.

Azpost.info

Əvvəlki məqalə

Faktivi hava şəraiti açıqlanıb

Sonrakı məqalə

Ermənistanda hərbçilər arasında atışma olub, ölən var