“Sui-qəsd ediləcəyini öncədən bilirdim” –İMRAN XAN

İmran Xan sui-qəsd planını əvvəlcədən bildiyini etiraf edib. 

İmran Xan hadisədən sonra ilk dəfə kamera qarşısına çıxıb və jurnalistlərin suallarını cavablandırıb.

O, hadisəsinin baş verəcəyindən əvvəlcədən məlumatlı olduğunu bildirib: “Vəzirabad və Qucrat arasında olan bir yerdə məni öldürmək planının olduğunu öyrənmişdim. Keçmiş Pəncab valisi Salman Tasirə qarşı istifadə etməyə çalışdıqları üsullardan istifadə etdilər. Camaatı mənə qarşı qaldırmaq üçün məni küfrdə ittiham etdilər”.

Qeyd edək ki, noyabrın 3-ü Pakistanın keçmiş Baş naziri İmran Xana qarşı sui-qəsd cəhdi olub. Naməlum şəxs onun içərisində olduğu avtomobilə atəş açıb. Hadisəni törədən şəxs saxlanılıb.

Əvvəlki məqalə

“Məlumat yalandır” –

Sonrakı məqalə

Xəzər dənizi üzərində qəribə işıqlanma müşahidə olunur –