“Sülh sazişinin yalnız bir bəndi üzrə razılığa gələ bilmişik”- Ermənistan Təhlükəsizlik Şurasının katibi

“Ermənistan və Azərbaycan sülh sazişinin yalnız bir bəndi – Vyana Konvensiyası çərçivəsində diplomatik münasibətlərin qurulması ilə bağlı razılığa gəlib. Qalan bütün məsələlərdə aydın anlaşma yoxdur”.

Azpost.info xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Təəssüf ki, razılığın olduğu yalnız bir məqam var. Bu, Vyana Konvensiyasına əsasən, diplomatik münasibətlərin qurulmasına dair məqamdır. Bütün digər məqamlar üzrə dəqiq razılaşma yoxdur”, – Qriqoryan bildirib.

O qeyd edib ki, Azərbaycan tərəfinin Qarabağ məsələsinin həll olunduğu barədə bəyanatları sülh müqaviləsi məsələsində irəliləməyə kömək etmir.

Azpost.info

Əvvəlki məqalə

Bəxtiyar Hacıyev cinayət məsuliyyətinə cəlb olunub –

Sonrakı məqalə

MDB liderlərinin qeyri-rəsmi yeni il görüşü keçiriləcək