“Sülhməramlılar Qarabağdan çəkilmək qərarına gəlsələr…”- PAŞİNYAN

Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasından danışıb.

Azpost.info xəbər verir ki, onun sözlərinə görə, Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsinin məqsədi var və bu, Rusiya Federal Məclisinin müvafiq qərarında öz əksini tapıb.

“Orada deyilir ki, Rusiya prezidentinə əhalinin kütləvi ölümünün qarşısını almaq üçün sülhməramlılar göndərməyə icazə verilir. Sülhməramlılar Qarabağdan çəkilmək qərarına gəlsələr, o zaman bu o demək olacaq ki, belə bir təhlükə yoxdur”, – Ermənistan Baş naziri deyib.

Paşinyanın fikrincə, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması Bakı ilə dialoqun effektiv olduğu və tərəflərin sülhməramlılara ehtiyac duymadığı təqdirdə mümkündür.

Azpost.info

Əvvəlki məqalə

Aİ İrana qarşı yeni sanksiyalar tətbiq etdi

Sonrakı məqalə

FHN yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar müraciət edib