Sülhməramlılar mülki şəxslər üçün Xankəndiyə 12 ton humanitar yük gətirib.
Azpost.info bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Bura qida, dərman və ilkin tələbat malları daxildir.
MN-nin açıqlamasında deyilir ki, sülhməramlılar Qarabağı tərk edən insanlara yardım ediblər. Ehtiyacı olan hər kəsə su, çörək və uşaq yeməyi paylanıb.
Hazırda 50-si azyaşlı olmaqla 117 mülki şəxs Rusiya sülhməramlı kontingentinin nəzarətindədir.
Xatırladaq ki, denən separatçı guruhun “rəhbəri” Samvel Şahramanyanqondarma rejimin buraxıldığı barədə qərar imzalayıb. Qərara əsasən gələn il yanvarın 1-dən separatçı rejim fəaliyyətini dayandıracaq.
Azpost.info