“Sülhməramlıların Qarabağı tərk edəcəyi ehtimalı çox böyükdür”-Rusiyalı məşhur ekspert Modest Kolerov

“Rusiya sülhməramlılarının Qarabağı tərk edəcəyi ehtimalı çox böyükdür”.

Azpost.info bildirir ki, bu barədə Rusiyalı tarixçi Modest Kolerov bildirib.

“Çox guman ki, hansısa keçid periodu müəyyən ediləcək. Biz sülhməramlılarımızı heç cür təchiz edə bilmirik. Onlar girov vəziyyətindədirlər. Azərbaycan guman ki, təchizatın öz ərazisindən daşınmasını təklif edəcək”-deyə ekspert bildirib.

Kolerov deyib ki, Türkiyənin bu günkü mövqeyi Azərbaycanla razılaşdırılıb.

“Paşinyan artıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu elan edib. Yeni heç bir şey baş verməyəcək”-deyə Kolerov vurğulayıb.

Ekspert heç bir perspektiv görmədiyini bildirib: “Biz Ukraynada mübairzəyə başlayanda Qarabağdakı situasiyanı dondurmağa siyasi gücümüzün çatmayacağını hesablaya bilmədik”. 

 

Azpost.info

 

Əvvəlki məqalə

Bərdədə 9 yaşlı uşaq çayda boğulub

Sonrakı məqalə

Daxili işlər nazirinin sabiq müavini vəfat edib