Sumqayıtda başına dəmir düşən fəhlə ölüb

Sumqayıtda bədbəxt hadisə ölümlə nəticələnib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində baş verib. Belə ki, qəsəbə ərazisində aparılan tikintidə fəhlə işləyən, 1980-ci il təvəllüdlü Məmmədov Əli Rəsul oğlunun başına dəmir parçası düşüb. Ağır xəsarət alan Ə. Məmmədov dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Banan haqqında bilmədiklərimiz

Sonrakı məqalə

Bu ilin beş ayında 1200-ə yaxın şəxs sürücülük hüququndan məhrum edilib