Sunak Britaniyanın İsraildəki səfirliyini Qüdsə köçürməkdən imtina edib

Britaniyanın yeni Baş naziri Rişi Sunak keçmiş hökumət başçısı Liz Trasın krallığın İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək planlarından imtina edib.

Azpost.info xəbər verir ki, bu barədə “Politico” yazır.

“Səfirliyin köçürülməsi və Qüdsün İsrailin paytaxtı kimi rəsmən tanınması lehinə çox güclü arqumentlər var. Lakin bunu demək, etməkdən daha asandır”, – Sunak deyib.

2017-ci ildə ABŞ-ın keçmiş prezidenti Donald Trampın qərarı ilə Ağ Ev Qüdsü İsrailin paytaxtı kimi tanıyıb və səfirliyi ora köçürüb.

Azpost.info

Əvvəlki məqalə

49 yeni yoluxma faktı qeydə alınıb

Sonrakı məqalə

Delimitasiya üzrə komissiyaların Brüssel görüşü barədə RƏSMİ məlumat –