Sunakla Zelenski arasında telefon danışığı olub

Böyük Britaniyanın baş naziri Rişi Sunak və Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Azpost.info xəbər verir ki, söhbət zamanı tərəflər Ukrayna böhranı, Ukraynaya silah tədarükü, eləcə də Kiyev-NATO əməkdaşlığını müzakirə ediblər.

Sunak bildirib ki, Britaniya və onun müttəfiqləri Ukraynanın döyüş meydanında mümkün olan ən güclü mövqedə olmasını təmin etməlidirlər. Buna qısa və uzunmüddətli perspektivdə NATO ilə qarşılıqlı fəaliyyətin artırılması da daxildir.

Söhbət zamanı Kiyevə hərbi dəstəyin sürətləndirilməsindən də danışılıb.

Azpost.info

Əvvəlki məqalə

Sahibə Qafarova Ermənistanın hərbi-siyasi təxribatları barədə danışıb

Sonrakı məqalə

“Adımızdan paylaşılan elan saxtadır”