“Süni intellekt kəşfiyyat zabitlərini əvəz etməyəcək”.
Azpost.info xəbər verir ki, bunu Britaniyanın MI6 xarici kəşfiyyat xidmətinin rəhbəri Riçard Mur deyib.
“Süni intellekt məlumatları həddən artıq əlçatan edəcək. Bəziləri soruşur ki, o, MI6 kimi kəşfiyyat xidmətlərini əvəz edəcəkmi. Xeyr. Hətta əksinə olacaq. Mütəxəssisin köməyi ilə süni intellektin əli çatmayan məxfi məlumat əldə etmək həmişəkindən daha dəyərli olacaq”, – Mur bildirib.
Eyni zamanda, o, süni intellektin qlobal səviyyədə tənzimlənməsi üçün qaydaların işlənib hazırlanmasını vacib sayıb: “Böyük Britaniya bu məsələdə müxtəlif dövlətlərlə, o cümlədən bu sahədə maraqlı təkliflər irəli sürən Çinlə əməkdaşlığa hazırdır”.
Azpost.info