Suriyada baş verən zəlzələdə ölənlərin sayı 237-yə çatıb- 600 yaralı var

Suriyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 237 nəfərə çatıb.

Azpost.info xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Ən azı 600 nəfərin yaralandığı qeyd edilir.

Suriya Səhiyyə nazirinin köməkçisi Əhməd Dumeyriya bildirib ki, bu, qurbanların son sayı deyil və onların sayı daha çox ola bilər. Onun sözlərinə görə, xilasetmə işləri davam edir.

“Təcili tədbirlər planı həyata keçirilir, ölkənin bütün tibb müəssisələri yardım göstərmək üçün səfərbər edilib. Hələb, Latakiya və Həmaya başqa bölgələrdən həkim qrupları, təcili yardım maşınları və dərmanlar göndərilib”, – Dumeyriya deyib.

Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda Hələbdə 59, Latakiyada 51 və Həmada 7 ölümlə bağlı məlumat daxil olub.

Suriyanın Nəqliyyat Nazirliyi ölkənin şimal bölgələrində dəmir yolu əlaqəsinin dayandırıldığını açıqlayıb: “Çünki zəlzələ yol və körpü konstruksiyalarının hissələrinə ziyan vura bilər. Mümkün zərər müvafiq xidmətlər tərəfindən yoxlanılır”.

Azpost.info

Əvvəlki məqalə

“Acın acımızdır, Türkiyə!” –

Sonrakı məqalə

“Türk Hava Yolları” pulsuz uçuşlar təşkil edəcək