“Susqunluğumun səbəbləri vardı…”- "Yandex"in qurucusu Ukraynadakı müharibəni ilk dəfə pislədi

“Yandex”in qurucularından olan Arkadi Voloj müharibənin başlamasından il yarım sonra Rusiyanın Ukraynanı barbarcasına işğal etdiyini deyib və buna qəti şəkildə qarşı çıxıb.

Azpost.info xəbər verir ki, onun bəyanatının mətnini eyni vaxtda “Reuters” və “The Bell” dərc edib.

“Hər gün ukraynalıların evlərinə bombaların düşməsi məni dəhşətə gətirir. 2014-cü ildən Rusiyada yaşamamağıma baxmayaraq, başa düşürəm ki, mənim də ölkənin hərəkətlərinə görə məsuliyyət payım var”, – Voloj deyib.

Səssiz qalmağımın bir çox səbəbi var idi. Siz mənim bəyanatımın vaxtı barədə mübahisə edə bilərsiniz, amma mahiyyəti barədə yox. Mən müharibənin əleyhinəyəm. Mən və tərəfdaşlarım “Yandex”i yaradanda açıq, mütərəqqi, qlobal iqtisadiyyata inteqrasiya olunmuş, dünyada təkcə xammalı tanınmayan Rusiya qururuq deyə, düşünürdük. Buna Rusiyanı tərk etmək imkanı olan rusiyalı sahibkarlar, elm adamları və bir çox başqaları da inanırdılar. Xəyal etdikləri ölkənin qurulmasına kömək etmək üçün qaldılar. Lakin zaman keçdikcə məlum oldu ki, Rusiya qlobal dünyanın bir hissəsi olmağa tələsmir. Eyni zamanda şirkətə təzyiqlər artdı. Amma biz təslim olmadıq, xarici şəraitə baxmayaraq, əlimizdən gələni etdik”, – sahibkar qeyd edib.

Bu bəyanatından əvvəl Voloj öz saytında Rusiya və SSRİ ilə bağlı demək olar ki, bütün istinadları silib. O, özünü Qazaxıstanda doğulmuş israilli sahibkar kimi təqdim edib. Bundan əvvəl o, özünü rus sahibkarı, Quryev (SSRİ) şəhərindən olan bir şəxs kimi təqdim edirdi.

Azpost.info

 

Əvvəlki məqalə

Türkiyə Milli Kəşfiyyat İdarəsi Suriyada 3 terrorçunu həbs edib

Sonrakı məqalə

Bakıda məsciddə nəzir qutularından 13 min manat oğurlanıb