Şvartseneqqerin avtomobili qəzaya düşdü, iki maşını əzdi –FOTO

Əfsanəvi Hollivud ulduzu, Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartseneqqer avtomobili ilə qəzaya düşüb.

Hadisənin hansı ərazidə baş verdiyi açıqlanmayıb.

Aktyor idarə etdiyi “Yukon” markalı avtomobillə hərəkətdə olarkən əvvəlcə “Prius” markalı maşınla toqquşub, onun üzərinə çıxıb, daha sonra “Porsche Cayenne”ə dəyib.

“Prius”un qadın sürücüsünün başından ağır xəsarət aldığı bildirilir. O, xəstəxanaya yerləşdirilib.

Aktyorun isə səhhətinin yaxşı olduğu bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ötən il ölkədə 13 milyard kubmetr təbii qaz yandırılıb –

Sonrakı məqalə

Neft Emalı Zavodunda 6,7 milyon ton neft emal edilib